EN

Hamiləlikdə yoga həm bədəni, həm zehni doğuma hazırlayır

Hamiləlik dövründə tətbiq olunan yoga həm ananın, həm də körpənin sağlamlığı üçün mühüm faydalar yaradır.


Pravda.az bildirir ki, hamilə yogası bədəni doğuma fiziki cəhətdən hazırlayır, eyni zamanda zehni rahatlıq təmin edir.


Bu yoga növü nəfəs və rahatlama texnikalarına əsaslanır. Hərəkətlər əzələləri gücləndirir, bel və çanaq bölgəsindəki gərginliyi azaldır, doğum prosesinin daha asan keçməsinə kömək edir. Düzgün nəfəs alıb-vermə texnikaları stressi azaldır və hamilə qadının emosional balansını qorumağa şərait yaradır.


Mütəxəssislər xəbərdarlıq edir ki, yoga məşqlərinə başlamazdan əvvəl hamilə qadınlar həkimlə məsləhətləşməli və hərəkətləri yalnız mütəxəssis nəzarətində yerinə yetirməlidirlər. Uyğun olmayan pozalar həm ana, həm də döl üçün risk yarada bilər.


Əminə Bayramova 

Tarix: 4 Noyabr 2025, 16:24   
Chosen
57
pravda.az

1Sources