EN

“Qarabağ” yaxşı komandadır, “Benfika” və “Kopenhagen”i məğlub edib

“Qarabağ” yaxşı komandadır, “Benfika” və “Kopenhagen”i məğlub edib. SİA xəbər verir ki, bu sözləri İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enzo Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri IV tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan çempionu III turda İspaniyada “Atletik”lə matçda hesabı açsa da, sonda məğlub olub: “Bu səbəbdən görüşün çətin keçəcəyini düşünürəm”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Chosen
12
4
sia.az

5Sources