EN

Kadırovdan rus xalqına MÜRACİƏT

Çeçenistan lideri Ramzan Kadırov rusiyalıları Milli Birlik Günü münasibətilə təbrik edib.

Busaat.az xəbər verir ki, o, mesajı Teleqram kanalında dərc edib.

O, qeyd edib: “Rusiya xalqının birliyini və gücünü, Vətəni, onun şərəfini, imanını, müstəqilliyini müdafiə edərək istənilən çağırışlara qalib gəlmək bacarığını simvollaşdırır”.

Siyasətçi vurğulayıb: “Rusiya əsrlər boyu müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı xalqların qardaşlığının nümunəsi olub və belə də qalır”.

Onun fikrincə, rusların gücü və böyük tarixi missiyası onların birliyindədir. “Biz Vətənə məhəbbətimizdə həmrəyik və bizi yenilməz edən də bu birlikdir”, – deyə respublika rəhbəri yazıb. O, Rusiya Federasiyasının bütün vətəndaşlarını bayram münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik, sülh, firavanlıq, yeni nailiyyətlər arzulayıb.

Yeganə

Chosen
44
busaat.az

1Sources