EN

"Qarabağ"la görüş çətin keçəcək" - "Çelsi"nin baş məşqçisi

“Qarabağ” yaxşı komandadır, “Benfika” və “Kopenhagen”i məğlub edib.

Fanat.Az xəbər verir ki, bu sözləri İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enzo Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri IV tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan çempionu III turda İspaniyada “Atletik”lə matçda hesabı açsa da, sonda məğlub olub: “Rəqib komanda olaraq evdə çox sıx oynayır. Bu səbəbdən görüşün çətin keçəcəyini düşünürəm. "Qarabağ"la oyun bizim üçün vacibdir. Çünki ardıcıl üçüncü qələbəmizi qazana bilərik. Şübhəsiz ki, bəzi oyunçuları rotasiya etməliyik. Əlimizdən gələni etməyə çalışacağıq. Uzun illərdir ki, eyni baş məşqçi ilə çalışırlar”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Chosen
15
4
fanat.az

5Sources