EN

“Qarabağ” yaxşı komandadır, “Benfika” və “Kopenhagen”i məğlub edib”

“Qarabağ” yaxşı komandadır, “Benfika” və “Kopenhagen”i məğlub edib.

İdmanxeber.az xəbər verir ki, bu sözləri İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enzo Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri IV tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan çempionu III turda İspaniyada “Atletik”lə matçda hesabı açsa da, sonda məğlub olub:

“Bu səbəbdən görüşün çətin keçəcəyini düşünürəm. “Qarabağ” da bizim kimi iki qələbə qazanıb. Çox intizamlı komandadır və yaxşı təşkilatlanıb. “Qarabağ” rəqiblərini təzyiq altında saxlamağı bacarır. Bunu evdə daha yaxşı edirlər”.

E. Mareska Bakıdakı matçda heyətlə bağlı bəzi rotasiyalar edəcəyini vurğulayıb: “Bir neçə gün əvvəl “Tottenhem”lə çox çətin oyun keçirdik. Bu gün Bakıya uçuruq. Uçuş təxminən 6 saat çəkəcək. Cümə günü isə Londona qayıdacağıq. Saat fərqinə uyğunlaşmağa çalışacağıq”.

O, Qurban Qurbanovun uzun müddətdir “Qarabağ”ın baş məşqçisi olmasına da toxunub:

“Bu, indiyədək görmədiyim bir şeydir. Həqiqətən inanılmazdır. Eyni klubda 17 il keçirmək heyrətamizdir”.

Mütəxəssisin sözlərinə görə, “Tottenhem”lə oyundan sonra futbolçuların klubun bazasında qalaraq bərpa prosesi keçməsi zəruri idi:

“Oyun qrafikimiz çox sıxdır. Buna görə də “Tottenhem”lə oyundan sonra bərpa prosesini burada keçməyi qərara aldıq. Öz bazamızda oyunçularımıza lazımi tibbi yardım göstərdik və vəziyyəti balanslaşdırmağa çalışdıq”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Chosen
35
idmanxeber.az

1Sources