EN

“WhatsApp”da kiberdələduzluq halları - XƏBƏRDARLIQ XƏBƏRDARLIQ

Son günlər “WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdlərində artım müşahidə olunur.

Aznews.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçiləri aldadaraq, SMS-lə gələn təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar.

Bu kod paylaşdığı halda, onun “WhatsApp” hesabı ələ keçirilir. Daha sonra kiberdələduzlar həmin hesabdan istifadə edərək, şəxsin yaxınlarına saxta mesajlar göndərir, onların maliyyə və şəxsi məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.

Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara “WhatsApp” hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

* Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.

* ⁠Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.

* OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.

Chosen
18
49
aznews.az

10Sources