
İranın Semnan əyalətində yerləşən neft emalı zavodunda yanğın baş verib.
Missiya.Az İran KİV-ə istinadən xəbər verir ki, baş vermiş yanğın nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər hələ də yanğını söndürmək üçün fəaliyyət göstərir. Səlahiyyətlilər vəziyyətin nəzarət altında olduğunu bildiriblər.
Seyranə QuliyevaMissiya.Az