EN

Binəqədidə yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada baş verən yanğın söndürülüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın genişlənilməsinə imkan verilmədən söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

16.20

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinə, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

"Cebheinfo.az" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

"Cebheinfo.az" 

Chosen
21
10
cebheinfo.az

10Sources