EN

“Azəriqaz”ın direktor müavininin bacanağına hökm oxunub

“Azəriqaz”ın

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aslanov Bayram Mətləb oğlu və Quliyev Rəşad Cavad oğlunun cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə A. Bayramın 8 il, Q. Rəşadın 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Xatırladaq ki, onlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2 - ci və 228.1 -ci maddəsi üzrə cinayət işi açılıb.

Cinayət işində 3 nəfər - Abdullayev Şirin Tapdıq oğlu, Şıxıyev Rasim Bəyoğlan oğlu və Quliyev Emin Faiq oğlu zərərçəkmiş qismində tanınıblar.

Həbs edilənlərdən Bayram Aslanov “Azəriqaz”ın direktor müavini Cahid Hüseynovun bacanağıdır.
Chosen
25
2
reyting.az

8Sources