EN

“ETN təhsil tədqiqatlarının baş sifarişçisi olmalı və bu tədqiqatları maliyyələşdirməlidir” DOSENT

Gununsesi saytına istinadən ain.az xəbər verir.

” Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər”.

Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında bildirib.

Gununsesi.info-ya danışan təhsil eksperti, dosent İlham Əhmədov qeyd edib ki, Prezidentin bu göstərişinə ilk növbədə ETN əməl etməlidir:

“Çünki, ölkənin təhsil islahatları uzun müddətdir ki, təhsil alimlərinin tövsiyyələri və təhsilə dair elmi tədqiqatlar əsasında yox, kor-təbii, primitiv, heç bir elmə əsaslanmadan aparılır. Ona görə təhsilimiz tərsinə qurulub”.

İlham Əhmədov əlavə edib ki, əslində isə ETN təhsil tədqiqatlarının baş sifarişçisi olmalı, bu tədqiqatları maliyyələşdirməli, onlara qrantlar ayırmalıdır.

“ETN hələ də bilmir ki maliyyəsiz keyfiyyətli tədqiqat, tədqiqatsız islahat, islahatsız inkişaf mümkün deyil. Biz 20 ildir bu sadə həqiqəti təhsil məmurlarına izah edə bilmirik. Ona görə də onların bütün işləri belə-tərsinə olub”-deyə dosent əlavə edib.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
icma.az

1Sources