EN

Qarabağ və Şərqi Zəngəzur torpaqları hesabına hakimiyyətdə qalmağa cəhd edən AXCP-Müsavat ünsürlərinə etimad göstərilmir - Deputat

Bakı.Trend:

Son illərdə Azərbaycanın siyasi palitrasında dəyişiklik meylləridaha qabarıq şəkildə hiss olunur. Cəmiyyətin ictimai-siyasigözləntiləri, dövlət idarəçiliyində yeni yanaşmalar və regionalgeosiyasi proseslər siyasi aktorların fəaliyyətinə birbaşa təsirgöstərir. Bu kontekstdə uzun illər müxalif spektrin əsasdayaqlarından hesab olunan AXCP, Müsavat Partiyası və bəzi siyasidairələrin “5-ci kolon” kimi xarakterizə edilən qüvvələriictimai-siyasi gündəmdən tədricən uzaqlaşmaqdadır. Bu proses yalnızkonkret siyasi təşkilatların zəifləməsi ilə deyil, həm dəseçicilərin yeni siyasi yanaşma və alternativlərə olan tələbatınınartması ilə əlaqələndirilir. Hadisələrin inkişafı Azərbaycanınsiyasi səhnəsinin yenidən formalaşması və yeni güc balansınınyaranması baxımından diqqət çəkir.

Mövzuyla bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı BəhruzMəhərrəmov bildirib ki, hələ 2020-ci ildə VI çağırış Milli Məclisinilk iclasındakı tarixi çıxışında möhtərəm Prezident bəyan etmişdiki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasimünasibətləri sağlam zəmində gücləndirməyə ehtiyac var.

"Dövlət başçısının bu tezisləri rəhbər tutularaq həm VI çağırış,həm də VII çağırış Milli Məclisdə müxalifətə istər Parlamentinsədarətində, istərsə də komitə və komissiyaların rəhbərliyində yerverildi və bu da siyasi sistemin sağlamlaşdırılması və milli siyasihəmrəyliyin təmin edilməsi istiqamətində mühüm bir mərhələ rolunuoynamağa başladı. Təsadüfi deyil ki, Vətən müharibəsi və antiterrortədbirlərində anti-Azərbaycan mövqeyin daşıyıcısı olan marginaldairələri çıxmaq şərtilə bütün siyasi partiyalar ümummilliməqsədlər ətrafında sıx birləşərək milli həmrəyliyə öz töhfələriniverdilər".

Deputat qeyd edib ki, Bir zamanlar Mixail Qorbaçovunyenidənqurma siyasəti çərçivəsində "demokratiya və aşkarlıq"siyasətinin "bariz nümunəsi kimi" formalaşan və 30 ildə isəbirmənalı şəkildə ayrı-ayrı güclərin marioneti kimi çıxış edən XalqCəbhəsi və sonrakı periodda təqribən eyni dəyərli bölüşən Müsavatisə bir qayda olaraq antimilli mövqeyini qorumağa, Azərbaycandövləti və xalqının mənafelərini yox, tezisləri aldığı dairələrindirektivlərini müdafiə etməyə üstünlük verdilər:

"Əlbəttə, Azərbaycan xalqı bu reallığı görür və nəticə etibariləartıq onillərdir ki, siyasi hakimiyyətin heç bir qolunda birzamanlar Azərbaycan ərazilərinin qurban verilməsi və yaranansituasiyada çevriliş yolu ilə hakimiyyəti zəbt etmiş və yenidənAzərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqları hesabınahakimiyyətdə qalmağa cəhd edən AXCP-Müsavat ünsürlərinə etimadgöstərilmir".

B.Məhərrəmov vurğulayıb ki, ötən dövr ərzində cənab İlhamƏliyevin rəhbərliyi altında Azərbaycanda ictimai-siyasi sabitliyətam şəkildə nail olunması, siyasi müstəqilliyin möhkəmləndirilməsi,iqtisadi müstəqilliyin birmənalı bərqərar olunması, habelə ölkədəmilli qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində vətəndaşcəmiyyəti institutlarının və siyasi partiyaların fəaliyyətindəşəffaflığı təmin edən siyasi situasiyaya nail olunması fonundaxalqın da tam dəstəyini itirən bu marginal qruplaşma hərəkətimkanlarından məhrum olduğu üçün artıq bir zamanlar onlara tezis vədirektivlər etibar edən qüvvələrin də dəstəyindən məhrum olmağabaşlayıblar.

"Dövlət başçımızın 2020-ci il mart ayının 10-da Parlamentintribunasından ifadə etdiyi kimi, "həmin xarici dairələrin buradaözünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guyafəaliyyətini davam etdirən qruplaşmalardan əlləri üzülüb, onlaraheç bir inam qalmayıb".

Deputatın qeyd edib ki, təsadüfi deyil ki, artıq anti-Azərbaycandairələr 5-ci kolon obrazını xaricdə axtarmağa və bu istiqamətdə"mühacirlər"dən ibarət yeni söyüş müxalifəti qruplaşmasının təsisedilməsinə start veriblər.

"Hər bir dövlətdə siyasi müxalifətin mövcudluğu insan vəvətəndaş hüquq və azadlıqlarının təmini, o cümlədən dövlətidarəçiliyində şəffaf və etibarlı formatın təşəkkülü üçün mühümrola malikdir. Bu mənada, dünya təcrübəsində siyasi səhnədə, ocümlədən seçkilərdə və digər siyasi proseslərdə uğur qazanabilməyən qüvvələr bir qayda olaraq könüllü şəkildə geri çəkilir,reallıqlarla barışırlar",deyə B.Məhərrəmov qeyd edib.

Deputat bildirib ki, 30 ildən artıq bir müddətdə davamlıməğlubiyyət, o cümlədən Azərbaycan xalqının gözündə birmənalıxəyanətkar imiclərinə baxmayaraq AXC-Müsavat ünsürləri bir qaydaolaraq Azərbaycan xalqının iradəsinə yox, kənar dəstəkçilərinköməyinə bel bağlayaraq zorla siyasi səhnədə qalmağa çalışmış,cılız və populist problemlər hesabına gündəm yaratmağa, daxilisiyasi sabitliyi, ictimai qaydanı pozan faəliyyətlərə qurşanmağaüstünlük veriblər.

"Xüsusən AXCP qruplaşması bu istiqamətdə Azərbaycan dövlətininmaraq və mənafelərini hədəfə alan istənilən xarici dairə iləəməkdaşlıqdan çəkinməmiş və bu gün də söyüş müxalifəti ilə eynisəhnəni bölüşməkdədir. Əlbəttə, Azərbaycan xalqı üçün bu "qüvvələr"artıq siyasi meyitdən başqa bir şey deyil və mövcudluqlarını formalolaraq davam etdirmələri onların statusunu Azərbaycanvətəndaşlarının gözündə hər hansı formada dəyişmir. AzərbaycanınVətən müharibəsi və antiterror tədbirlərindən sonra yaratdığı yenireallıqda dövlətin hər kəsə qucaq açması fonunda yaranan yenisituasiya əslində cəmiyyətdən təcrid olunmuş, milli xəyanət yolunututmuş bu dairələr üçün də bir şansdır ki, onlar yeni düzənəuyğunlaşsınlar".

B.Məhərrəmov əlavə edib ki, uyğunlaşmanın yeganə üsulu isə artıqfaktiki olaraq Azərbaycan siyasi səhnəsində mövcud olmayan budairələrin reallıqla barışması, yarıtmaz fəaliyyətlərinə sonqoyaraq özlərinə başqa iş axtarmaları ola bilər.

Chosen
25
az.trend.az

1Sources