EN

“II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində “Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda təlim keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün “Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlimdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü iştirakçılara Azərbaycan ədəbi dilinin orfoqrafik və orfoepik qaydaları, leksik və qrammatik xüsusiyyətləri, eləcə də dilin saflığının qorunması və yad təsirlərdən müdafiə olunmasının vacibliyi barədə ətraflı məlumat verib. O, həmçinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər haqqında da danışıb.

İnteraktiv müzakirə formatında keçən tədbirdə iştirakçılar ədəbi dilin gündəlik ünsiyyətdə və sosial mediada düzgün tətbiqinə dair praktiki nümunələrlə tanış olub, dil mədəniyyətinin ekoloji düşüncə ilə əlaqəsi barədə maraqlı fikir mübadiləsi aparıblar.

Təlimin məqsədi gənclər arasında ədəbi dil normalarına əməl olunmasını təşviq etmək, nitq mədəniyyətini inkişaf etdirmək və yazılı-şifahi ünsiyyətdə dil qaydalarına düzgün riayət etməyin əhəmiyyətini vurğulamaq olub.



Chosen
27
ekologiya.az

1Sources