EN

Şalva Papuaşvili: Aİ-nin hesabatı ədalətsiz və qərəzlidir » AzadMedia.az

Şalva

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqının bugünkü genişlənmə hesabatını sərt tənqid edib.

O bildirib ki, hesabatın Gürcüstanla bağlı bölməsi "ağ sapla tikilib", ölkənin tərəqqisini ölçən hissəsi isə quru və lakonik, siyasi hissəsi isə kəskin aqressiv və ədalətsizdir.

Papuaşvilinin sözlərinə görə, Aİ-nin idarəedici qurumları dialoqdan yayınır və təkəbbürlü münasibət göstərir: "Əgər kimsə bu ədalətsiz, qərəzli, antidemokratik və dağıdıcı münasibət nəticəsində uğursuzluğa düçar olursa, bu, məhz Avropa İttifaqının indiki idarəedici institutlarıdır".

Spiker qeyd edib ki, Brüssel əvvəlcə gücləndirmək üçün yaratdığı Avropa dəyərlərindən uzaqlaşıb, demokratiya və insan haqlarının müdafiəçisi əvəzinə tənqidçiləri susdurmağa, opponentləri aradan qaldırmağa çalışan ideolojiləşdirilmiş bürokratik aparat qalıb.(Report)

Chosen
44
1
azadmedia.az

2Sources