EN

Arda Gülər komanda yoldaşını sildi: Onunla oynamaq istəmirəm

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İspaniyada Arda Gülerlə bağlı mübahisəli bir iddia irəli sürülüb. Bu mövsüm "Real"da Xabi Alonsonun rəhbərliyi altında yüksəlişdə olan Türkiyə millisinin oyunçusunun artıq komanda yoldaşlarından biri ilə birlikdə meydanda olmaq istəmədiyi iddia edilir.

Lent.az bildirir ki, İspaniyanın "El Nacional" qəzetinin məlumatına görə, Arda Gülər və gənc müdafiəçi Din Heysen baş məşqçi Xabi Alonsoya komanda yoldaşı Raul Asensio ilə birlikdə oynamaq istəmədiklərini söyləyiblər. Məlumatda bildirilir ki, iki oyunçu Asensionun yüksək templi oyunlarda komandanın standartlarından aşağı səviyyədə olduğuna inanır və onu meydanda görmək istəmirlər.

Asensionun forması “Valensiya”ya qarşı zəif oyunundan sonra tənqid atəşinə tutulub. Tərəddüdlü qərar verməsi və meydandakı yavaş davranışı azarkeşlərin tənqidinə səbəb olan 23 yaşlı futbolçu Alonsonun sisteminə uyğunlaşa bilməməkdə ittiham olunur.

Xəbərdə qeyd olunurdu ki, Asensionun son vaxtlar Militao və Heysen ilə münasibətləri pisləşib və bu da komandanın daxili balansına mənfi təsir göstərib. Həmçinin iddia edilir ki, "Real" rəhbərliyi mövsümün ortalarında gənc oyunçunu satmağı düşünür.

Hollandiya mətbuatında yer alan başqa bir xəbərdə Arda Güler və Heysenin Alonsoya yaxınlaşaraq Asencionun, xüsusən də “Liverpul”la vacib oyunda oynamamasını təklif etdikləri iddia edilib.

Gənc ulduzların bu çıxışı İspaniyada böyük təsir bağışlasa da, Arda Gülərin "Real"da liderlik rolunu gücləndirdiyi və soyunma otağında nüfuzlu şəxslərdən birinə çevrildiyi bildirilib.

Arda 2025/26 mövsümünə "Real"da fantastik bir başlanğıc edib, bu mövsüm 14 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Xabi Alonsonun rəhbərliyi altında start heyətində əvəzolunmaz bir oyunçuya çevrilən gənc ulduz təkcə meydanda deyil, həm də soyunma otağında təsirini hiss etdirməyə başlayıb.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
lent.az

1Sources