Kriştiano Ronaldo: “Karyeram bitəndən sonra övladlarımın, xüsusən də Kriştiano Juniorun yanında olmaq istəyirəm” 

Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu gələcəklə bağlı planlarını bölüşüb. O, karyerasını başa vurduqdan sonra əsas məqsədinin ailəsinə və övladlarına daha çox vaxt ayırmaq olduğunu bildirib:

“Karyeram bitəndən sonra uşaqlarımı, xüsusən də Kriştiano Junioru izləmək istəyirəm. Artıq elə yaşdadır ki, bəzən gənclərin etdiyi axmaqlıqları edə bilər — bu normaldır, mən də o yaşda etmişəm. Ona görə onun yanında olmaq istəyirəm.”

Ronaldo, həmçinin, futboldan ayrılığın çətin olacağını da etiraf edib: “Tezliklə futboldan ayrılacağam. Amma düşünürəm ki, hazır olacağam. Çətin olacaqmı? Əlbəttə. Göz yaşı tökəcəyəmmi? Yəqin ki, bəli. Amma mən gələcəyimi hələ 25-26 yaşım olanda planlaşdırmağa başlamışam.”

39 yaşlı Kriştiano Ronaldu hazırda “Əl-Nasr” klubunun heyətində çıxış edir və 20 ildən çox davam edən möhtəşəm futbol karyerasının sonuna yaxınlaşır.