Tbilisi 4 noyabr, AZƏRTAC
Gürcüstanda fundamental hüquq və azadlıqlar baxımından geriləmələr var. Ümumiyyətlə, Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüyə aparan yolda addımlamır.
AZƏRTAC xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçenski keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, nə qədər ki, Gürcüstanda fundamental hüquq və azadlıqlar baxımından geriləmə var ölkə Aİ-yə üzv olmayacaq.
Səfir Aİ-nin vəziyyəti dəyişmək üçün Gürcüstan hakimiyyəti ilə işləməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Gürcüstan hökuməti ədalətli yanaşmanın olacağı təqdirdə ölkənin 2030-cu ildə Aİ-yə üzvlüyə hazırlıqlı olacağını bəyan edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi