EN

Ronaldo tezliklə FUTBOLDAN GEDİR

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun futbolçusu Kriştian Ronaldo karyerasını tezliklə başa vuracağını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə "YouTube"da jurnalist Pirs Morqana verdiyi müsahibə zamanı danışıb.

“Tezliklə karyeramı bitirəcəyəm. Amma düşünürəm ki, buna hazıram. Bəli, bu, çətin olacaq. Ağlayacağammı? Bəli. Bu, çox ağır olacaq, lakin mən 25–27 yaşlarımdan gələcəyimə hazırlaşmışam”, – deyə Ronaldo bildirib.

Ötən mövsümdə Ronaldo “Əl-Nasr” klubunun heyətində bütün turnirlərdə 41 oyuna çıxaraq 35 qol vurub və 4 məhsuldar ötürmə edib. Hazırkı mövsümdə Səudiyyə klubu 5 oyunda 15 xal toplayaraq ölkə çempionatının turnir cədvəlinə başçılıq edir.

Chosen
49
publika.az

1Sources