EN

Gürcüstanla Çin arasında dörd əməkdaşlıq sənədi imzalanıb

Gürcüstan və Çin Xalq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə dörd memorandum imzalanıb.

APA-nın yerli bürosu xəbər verir ki, imzalanma mərasimi Gürcüstan və Çinin Baş nazirləri – İrakli Kobaxidze və Li Çian arasında Şanxayda keçirilmiş görüşdən sonra baş tutub.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına əsasən, sənədlər azad ticarət haqqında sazişin uzadılmasına dair danışıqların başa çatdırılması, “Hava İpək yolunun” birgə inkişafı üzrə, kənd təsərrüfatı və süni intellekt sahələrində əməkdaşlıq memorandumlarından ibarətdir.

İqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili bildirib ki, imzalanan sənədlər Gürcüstanla Çin arasında iqtisadi əlaqələrin inkişafına əhəmiyyətli təkan verəcək.

Qeyd edək ki, Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq 2023-cü ilin iyulunda qurulub. Həmin ilin sentyabrında Gürcüstan Çin vətəndaşları üçün vizasız rejim tətbiq edib. Gürcüstan vətəndaşları isə ötən ilin mayından Çinə vizasız səyahət edə bilirlər.
Chosen
12
2
sherg.az

3Sources