EN

“Qalatasaray” “Ayaks”la oyuna itkilərlə çıxacaq

"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Ayaks"ın qonağı olacaq. 

Paralel.az xəbər verir ki , İstanbul nəhəngi Niderlanddakı matça iki itki ilə çıxacaq.

Yunus Akgün və İlkay Gündoğan vacib oyunda komandaya kömək edə bilməyəcək. Zədəli olan futbolçular kollektivlə birlikdə Amsterdama aparılmayıb.

Qeyd edək ki, "Ayaks" - "Qalatasaray" qarşılaşması sabah bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Chosen
28
1
paralel.az

7Sources