EN

Azərbaycanda uşaq hüquqları ilə bağlı YENİ QANUNVİDEO

"Uşaq hüquqları ilə bağlı yeni fəaliyyət planı hazırlanır".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. Qeyd edib ki, strategiyanın əsas istiqamətlərindən biri qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur.

Bahar Muradova əlavə edib ki, uşaqların sığınacaqlara yerləşdirilməsi sonuncu alternativ olmalıdır və uşaqlar yalnız ailənin deyil, həm də dövlətin himayəsində olmalıdır.

Erkən evliliklə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı danışan komitə sədri bildirib ki, "Erkən evlilik" ifadəsi artıq tam şəkildə leksikondan çıxmalıdır. Bu istiqamətdə edilən qanunvericilik dəyişiklikləri ilə bütün istisnalar aradan qaldırılıb. Artıq yalnız qanunla müəyyən olunmuş yaşdan sonra bağlanan nikah rəsmi hesab edilə bilər.

Qohum nikahları ilə bağlı vəziyətdən danışan Bahar Muradova bildirib ki, qanunvericilikdə yaxın qohumlar arasında nikahların qarşısının alınmasına yönəlmiş dəyişikliklər minilliklərə söykənən bir mənfi adətin aradan qaldırılması idi. O bilidirib ki, İslam ölkələri qohum nikahlarının qarşısının alınması üzrə Azərbaycanın təcrübəsi ilə maraqlanırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Chosen
90
xezerxeber.az

1Sources