EN

Nayrobidə 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Keniyanın paytaxtı Nayrobi şəhərində 8 noyabr - Zəfər Günününbeşinci ildönümü münasibəti ilə tədbir keçirilib.

Azərbaycanın Keniyadakı səfirliyindən Trend-ə bildirilib ki,tədbirdə Keniya Xarici və Diaspora Nazirliyinin idarə rəisi vədiplomatik akademiyasının rektoru, Nayrobidəki bir sıra diplomatikmissiyaların rəhbərləri və BMT qurumlarının təmsilçiləri, KeniyaPrezidentinin qızı, gənclər çempionu Şarlin Ruto, Keniyada səfərdəolan Ekologiya və təbii Sərvətlər Nazirliyi və ANAMA nümayəndəheyətləri, habelə yerli ictimaiyyət, işgüzar dairələrinnümayəndələri, Keniyada çalışan azərbaycanlılar iştirak edib.

8 noyabr - Zəfər Günü ilə əlaqədar fikirlərini bölüşən səfirSultan Hacıyev müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəəldə etdiyi, beşinci ildönümü qeyd olunan şanlı qələbəmizin tarixiəhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 8 noyabr Azərbaycanıntarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanıntəntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzikimi daxil olub. Dövlət başçısı İlham Əliyevin və Birincivitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmişərazilərdə aparılan işlərə gündəlik diqqət və qayğısı qısa müddətdəQarabağ və Şərqi Zəngəzura dirçəliş və yeni həyat bəxş edib.

Səfir Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan sonraiki ölkə arasında münasibətləri normallaşdırmaq üçün aparılandanışıqlara da toxunaraq cari ilin avqust ayında Vaşinqtonşəhərində əldə olunmuş razılaşmaların, sülh sazişininparaflanmasının sülh danışıqlarının həlledici mərhələsi olduğunuqeyd edib. Bildirib ki, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh,qarşılıqlı etimad, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməlyaradılıb və ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitindəinkişafını davam etdirərək yeni böyük nailiyyətlərqazanacaqdır.

Tədbirdə şanlı Zəfər Gününə, həmçinin ölkəmizin inkişafına həsrolunmuş videoçarxlar nümayiş olunub və səsləndirilən Azərbaycanmusiqiləri qonaqların zövqünü oxşayıb.

Nayrobidə
Nayrobidə
Nayrobidə
Nayrobidə
Nayrobidə
Nayrobidə
Nayrobidə
Nayrobidə
Nayrobidə
Chosen
40
6
az.trend.az

7Sources