EN

Xəzərdə suiti cəsədlərinin aşkarlanmasına səbəb nədir?VİDEO

Qazaxıstanda Xəzər sahilində 112 ölü suiti tapılıb.

Xezerxeber.az xəbər verir ki, Qazaxıstanın Manqistau vilayətinin Tüpqarağan rayonu ərazisindəki sahil zolağında aparılan monitorinq zamanı Xəzər suitilərinin cəsədləri aşkarlanıb. Hadisənin səbəblərini müəyyənləşdirmək məqsədilə dəniz suyundan nümunələr götürülüb.

Xəzərin Qazaxıstan sahillərində suitilərin kütləvi şəkildə tələf olması ilk dəfə deyil. Ötən il baş verən oxşar halların səbəbi kimi quş qripinin yüksək patogen növü, neyrovirus infeksiyası və ya dəniz dibindən çıxan təbii qaz nəticəsində boğulma göstərilmişdi.

2022-2023-cü illərdə isə suitilərin ölümü məməlilərin vəba xəstəliyi və kəskin pnevmoniya ilə əlaqələndirilmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Chosen
7
2
xezerxeber.az

4Sources