EN

Putin yeni cəbhə açır: Qazaxıstan və Ermənistan Kremlın hədəfində...

Moskva Mərkəzi Asi6bə Cənubi Qafqaza öz təsirini güllə atmadan qaytarmağa çalışır...

Poliqon xəbər verir ki, The Washington Post Rusiyanın Ukraynadan kənarda yeni geosiyasi cəbhə formalaşdırdığını yazır. Məqalədə bildirilir ki, Moskva indi Orta Asiya və Cənubi Qafqazda, xüsusilə Qazaxıstan və Ermənistanda nüfuzunu bərpa etməyə yönəlib.

Rusiya öz təsirini tanklarla deyil, təsir kampaniyaları, dezinformasiya və sabitliyi pozmaq vasitəsilə qaytarmağa çalışır”, deyə qəzet qeyd edir.

Ukraynada müharibənin başlanmasından sonra Kreml anlayıb ki, əraziləri ələ keçirmək və saxlamaq gözləniləndən qat-qat baha başa gəlir. Bu səbəbdən Moskva “ən yaxşı bildiyi alətlərə – gizli əməliyyatlara, təbliğata və xaos yaratmağa” əl atır.

Qazaxıstanda, Ukraynadan sonra ən böyük rus diasporasının yaşadığı bu ölkədə  rusiyalı operativlərin ölkənin şimalında iğtişaşlar törətməyə çalışdığı bildirilir. Rus KİV-ləri Astanaya qarşı “rusofobiya” ittihamlarını davam etdirir, Dövlət Dumasının deputatları isə Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alır. Prezident Vladimir Putin bir dəfə demişdi ki, Qazaxıstan “heç vaxt dövlətçilik ənənəsinə malik olmayıb”. Məqalədə xəbərdarlıq edilir: “Qazaxıstan bilir ki, 7 564 kilometrlik Rusiya sərhədi faktiki olaraq qorunmur. Putin, yəqin ki, hərbi zərbə endirməyəcək, amma zəmin hazırlaya bilər.”

Ermənistan da Kremlin diqqət mərkəzinə düşüb. Yerevanda Rusiyayönlü bir iş adamı çevriliş hazırlığında şübhəli bilinərək həbs edilib. Eyni zamanda, Ermənistan Apostol Kilsəsi “Rusiya kəşfiyyatı ilə əlaqələrdə və hökumət əleyhinə kampaniyalarda iştirakda” ittiham olunur. Moskvanın məqsədi, yazının müəlliflərinə görə, Baş nazir Nikol Paşinyanı devirmək və millətçi əhval-ruhiyyəni qızışdırmaq ola bilər. Bu proses Rusiya tərəfindən maliyyələşən media qurumları vasitəsilə qidalanır.

Rusiya-Ukrayna müharibəsi postsovet məkanının böyük hissəsini Moskvanın nəzarətindən çıxardı. Amma bu, uzun sürməyəcək”, deyə “The Washington Post” yekun olaraq yazır.

Qəzet hesab edir ki, Kreml qonşularını bircə atəş açmadan da sabitsizləşdirə bilər. Qərb iqtisadi, diplomatik və texnoloji cəhətdən qəti addımlar atmasa, Putin açıq müharibəyə girmədən öz təsir dairəsini bərpa etmək fürsəti qazanacaq.

Poliqon.info

Chosen
38
poliqon.info

1Sources