1-ci Liqanın 7-ci turunun mərkəzi qarşılaşması bölgədə keçiriləcək. Çempionatın şəriksiz lideri "Şəfa" səfərdə 3-cü pillədə mövqe tutan "Mingəçevir"lə üz-üzə gələcək.
Bakı təmsilçisində vinger mövqeyində çıxış edən Emin Zamanov önəmli matç ərəfəsində fikirlərini Fanat.Az-a bölüşüb:
"Bizi çox çətin qarşılaşma gözləyir, çünki rəqib olduqca keyfiyyətli futbolçulardan təşkil olunub. Qarşı tərəfə hörmətlə yanaşırıq. "Mingəçevir"lə oyunda məqsədimiz yalnız 3 xaldır".
Qeyd edək ki, "Mingəçevir" - "Sabah" görüşü noyabrın 5-də reallaşacaq.
Nihat