EN

​“WhatsApp”dan bu telefon istifadəçilərinə müjdə

“WhatsApp” söhbətlərlə bağlı yenilik üzərində işləyir. Metbuat.az xəbər verir ki,hər söhbət ekranına "Yaddaşın idarə edilməsi" menyusunu əlavə edib. Bununla istifadəçilər hər söhbətin nə qədər yer tutduğunu görə və lazımsız məzmunu silə bilərlər. Bu əsasən məhdud yaddaşa malik köhnə telefonlar üçün faydalı ola bilər. “WABetaInfo”ya görə, yeni funksiya hazırda həm Android, həm də iPhone-ların beta versiyalarında müşahidə edilib.

iPhone-da beta versiyasında müşahidə edilən yeni funksiya “Parametrlər” pənrəcərəsində olan ümumi yaddaş idarəetmə menyusuna bənzəsə də, yenilik istifadəçilərə ən çox yer tutan söhbətlərə birbaşa diqqət yetirməyə imkan verərək prosesi asanlaşdırır.

Chosen
61
1
metbuat.az

2Sources