EN

Bakının bu prospektində velosiped zolağı çəkiləcək RƏSMİ AÇIQLAMA VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın daha bir ərazisində yenilik tətbiq ediləcək.

Avtosfer.az-ın sosial şəbəkə hesabına şəhər sakinlərindən biri tərəfindən video göndərilib. Görüntülərdə Yasamal rayonu İnşaatçılar prospektində hər ikstiqamətdə zolaqların silindiyi müşahidə edilir.

Həm üzü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti istiqamətində, həm də Bakıxanov küçəsi istiqamətində qoşa xəttin biri və ortada zolaqları ayıran ağ xətt silinib. Vətəndaşın fikirlərinə görə bu yolda da avtobusların rahat hərəkətinə şərait yaranması üçün xüsusi zolaq təşkil ediləcək. O bildirib ki, vaxtaşırı bu prospektdən üzü Bakıxanov küçəsinə, “Gənclik” metrosu tərəfə tıxac yaşandığı üçün avtobusların hərəkətində çətinlik yaranır. Ola bilsin ki, bu məqsədlə yeni zolaqlar təşkil ediləcək.

Video ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərdik. Agentlikdən bildirildi ki, İnşaatçılar prospektində mikromobillik zolağının salınması ilə bağlı hazırlıq işləri görülüt.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
63
avtosfer.az

1Sources