EN

Bakıda qəza 13 yaşlı qızın ölümü ilə nəticələndi

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün saat 15 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində faciəli yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən "Ölkə.az"a verilən məlumata görə, Əbdürrəhman Rafiq oğlu Rəhimovun idarə etdiyi KIA markalı, 77-XC-084 dövlət qeydiyyat nişanlı minik avtomobili piyada qismində olan 2012-ci il təvəllüdlü Banu Zahid qızı Qədəşovanı vurub.

Məlumatda qeyd olunub ki, 13 yaşlı yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
6
olke.az

7Sources