Hurriyyet portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Dünya Kuboku arzusu? Bu, məni müəyyən edən bir şey deyil”.
Kriştianu Ronaldu Dünya Kubokunu qazanmağın onun karyerasını və ya futbolçu kimi dəyərini müəyyən etmədiyini bildirib.
Məşhur futbolçu müsahibəsində bu mövzuda fikirlərini belə ifadə edib:
“Dünya Kuboku arzusu? Xeyr, bu, mənim üçün xəyal deyil. O turnir məni bir futbolçu kimi müəyyən etmir. 6-7 oyundan ibarət bir yarışda qalib gəlmək insanı tarixdə ən yaxşılardan biri edirmi? Sizcə bu, ədalətlidirmi?”
Ronaldu vurğulayıb ki, onun üçün vacib olan illərlə davam edən sabitlik, əzmkarlıq və qazandığı saysız titullardır:
“Mən artıq öz karyeramda sübut etmişəm kim olduğumu. Dünya Kubokunu qazanmaq gözəl olardı, amma bu, mənim dəyərimi artırmaz və az da etməz.”
39 yaşlı ulduzun bu sözləri futbol ictimaiyyətində geniş müzakirə doğurub.\\Offsideplus.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.