“Mançester Yunayted”in sabiq hücumçusu Kriştiano Ronaldo komandasının İngiltərə Premyer Liqasını qazanmaq şanslarını dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, portuqaliyalı ulduzun sözlərinə görə, hazırkı mövsümdə “qırmızı şeytanlar” çempionluq uğrunda mübarizədən uzaq qalıb:
“‘Mançester Yunayted’ bu mövsüm Premyer Liqanı qazanmayacaq. Onlar çox xal itiriblər və geri qalıblar. Komandada yaxşı futbolçular var, amma onların çoxu klubun nə demək olduğunu anlamır,” — deyə Ronaldo jurnalist Pirs Morqana müsahibəsində bildirib.
Qeyd edək ki, 10 turdan sonra Ruben Amorimin rəhbərlik etdiyi “Mançester Yunayted” 17 xal toplayaraq turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Komanda lider “Arsenal”dan 8 xal geridə qalır. Mançester təmsilçisi növbəti turda noyabrın 8-də “Tottenhem”lə qarşılaşacaq.