EN

"Citi", "Deutsche Bank" və "HSBC" TCMB proqnozlarını bölüşüblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Citi", "Deutsche Bank" və "HSBC" inflyasiyadan sonra TCMB proqnozlarını bölüşüblər.

Banco.azxəbər verir ki, “Citi Bank” yayımladığı hesabatda Türkiyədə oktyabr ayında inflyasiyanın yavaşladığını, lakin təzyiqlərin davam etdiyini bildirdi. Bank iqtisadi aktivliyin zəifləməsi və əmək bazarındakı durğunluğun Mərkəzi Bankın sərt pul siyasətini uzun müddət davam etdirməsini çətinləşdirə biləcəyini qeyd edərək, ilin sonuna qədər faiz dərəcəsinin 38,5 faizə enəcəyini proqnozlaşdırıb.

“Deutsche Bank” oktyabr inflyasiyasının aylıq 2,55 faizlə gözləntilərin altında qaldığını açıqlayıb və dekabrda 100 baza bəndi faiz endirimi gözlədiyini bildirib.

“HSBC” isə inflyasiya proqnozlarını dəyişməyərək, 11 dekabrda keçiriləcək PPK iclasında 150 baza bəndi faiz endirimi ediləcəyi proqnozunu qoruyub saxlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
45
1
banco.az

2Sources