EN

The Jerusalem Post: “Şiə yarımayı” dağıldı, “neo-osmanizm” yüksəlir...

İsrail qəzeti yazır ki, Türkiyə və Qətərin rəhbərlik etdiyi yeni ideoloji dalğa Yaxın Şərqdə güclənir...

Poliqon cəbər verir ki, The Jerusalem Post qəzetində Ben Avrahami tərəfindən dərc olunmuş “Şiə yarımay dağıldı, neo-osmanizm yüksəldi” sərlövhəli analitik məqalədə Yaxın Şərqdə yeni güc balansının formalaşdığı vurğulanır. Müəllif yazır ki, “tam qələbə” anlayışı bu region üçün heç vaxt uyğun olmayıb, çünki burada heç kim tam şəkildə qalib gəlmir, düşmənlər sadəcə bir-birini əvəz edir.

Avrahami qeyd edir ki, İsrail uzun illərdən sonra ilk dəfə olaraq İranın başçılıq etdiyi şiə oxuna ağır zərbə vurmağa nail olub. Tehrandan başlayaraq Bağdad və Dəməşq üzərindən Beyruta qədər uzanan “şiə yarımayı” artıq dağılıb. Müəllifin fikrincə, bu, Yaxın Şərqin geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişdirib.

Lakin məqalədə qeyd olunur ki, regionda yaranan hər bir boşluq tez bir zamanda yeni güclər tərəfindən doldurulur. Bu dəfə İran təsirinin zəifləməsi yerini başqa bir ideoloji və strateji axına Türkiyə və Qətərin himayəsində formalaşan “Müsəlman Qardaşları”nın neo-osmanizm hərəkatına verir.

Avrahami yazır ki, bu yeni ideologiya açıq hərbi müdaxilələrdən daha çox “yumşaq güc” vasitələri ilə iqtisadi əməkdaşlıq, media təsiri, humanitar proqramlar və dini təbliğatla öz nüfuz dairəsini genişləndirir. Məqaləyə görə, bu proses Yaxın Şərqdə yeni güc balansının yaranmasına və regionun gələcək siyasi arxitekturasının formalaşmasına gətirib çıxara bilər.

Poliqon.info

Chosen
24
poliqon.info

1Sources