EN

"Microsoft" bu şirkət ilə süni intellekt infrastrukturu müqaviləsi imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” şirkəti “Lambda” ilə süni intellekt infrastrukturu müqaviləsi imzalayıb.

Banco.azxəbər verir ki, texnologiya nəhənglərinin süni intellekt sahəsində əməkdaşlığı bütün sürətilə davam edir. Amerika texnologiya nəhəngi “Microsoft” bulud hesablamaları üzrə şirkət olan “Lambda” ilə süni intellekt infrastrukturu barədə saziş imzalayıb. “Nvidia” tərəfindən dəstəklənən “Lambda” “Microsoft” ilə on minlərlə Nvidia GPU-nun yerləşdirilməsi üçün milyardlarla dollarlıq razılaşma əldə etdiyini açıqlayıb.

Süni intellekt infrastrukturu şirkətinin baş direktoru Stiven Balaban bildirib:
“Biz Microsoft ilə səkkiz ildən çoxdur əməkdaşlıq edirik və bu, münasibətlərimizdə fövqəladə bir növbəti addım oldu. “Microsoft” və “Lambda” komandalarının bu nəhəng süni intellekt superkompüterlərini yerləşdirmək üçün birlikdə çalışmasını izləmək heyrətamizdir.”

Bu GPU-ların bəziləri, bu ilin əvvəlində elan edilən və son aylarda göndərilməyə başlanan Nvidia GB300 NVL72 sistemləri olacaq. Razılaşmanın məbəği açıqlanmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
66
1
banco.az

2Sources