EN

Putin "Burevestnik" raketinin sınaq zonasında NATO kəşfiyyat gəmisinin olduğunu açıqlayıb

Rusiya prezidenti Vladimir Putin 21 oktyabrda "Burevestnik" raketinin sınaq zonasında NATO kəşfiyyat gəmisinin olduğunu söyləyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Putin Kremldə “Burevestnik” raketi və “Poseidon” aparatının yaradıcılarının mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri NATO gəmisinin “Burevestnik”in sınaq zonasında kəşfiyyatına müdaxilə etməyib.

Putin qeyd edib ki, “Burevestnik” kimi nüvə qurğusu əsasında yeni nəsil silahlar artıq hazırlanır.

O, “Burevestnik” və “Poseidon” texnologiyalarının perspektivli Ay stansiyasının yaradılmasına kömək edəcəyini söyləyib.

Putin vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır, lakin elan edildiyi kimi nüvə potensialını inkişaf etdirir.

Chosen
64
1
apa.az

2Sources