Bir neçə gün əvvəl səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev vəfat edib.Bu barədə onun oğlu, jurnalist Səbuhi Vaqifoğlu məlumat verib.Onun sözlərinə görə, V. Vəliyev bu gün xəstəxanadan evə buraxıldıqdan sonra dünyasını dəyişib.Qeyd edək ki, Vaqif Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli şəhərində anadan olub. O, 1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri, direktor vəzifələrində çalışıb. 1989-cu ildən isə kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində işləyib.


