EN

Təhsildə yeni qanun: Müəllimlərin maaşı azalacaq?

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, təhsil sistemində yeni mexanizm tətbiq ediləcək. Bundan sonra pedaqoqların əməkhaqqı dərs saatına görə deyil, ümumi iş saatına əsasən hesablanacaq. Qanun hələ qüvvəyə minməsə də, bu yenilik artıq müəllimlər arasında ciddi müzakirələr doğurub. Sosiaal şəbəkələrdə müzakirələrə səbəb olub.

Onlar bildirirlər ki, qeyri-müəyyəndir. Onların fikrincə, bu dəyişiklik maaşların azalmasına gətirib çıxara bilər.

Bəs bu islahat müəllimlərin real gəlirinə və gündəlik iş yükünə necə təsir edəcək?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Gununsesi.info-ya açıqlamasında bildirib ki, mövzu sosial şəbəkələrdə geniş müzakirə olunur və ciddi narahatlıq doğurur:

“Düşünürəm ki, bu, bir qədər zərərli addımdır və təhsil sahəsində bir sıra fəsadlar yarada bilər. Müəllimlər arasında gərginlik hiss olunur. Onlar vaxt itkisi və əlavə iş yükü ilə bağlı narahatdırlar. Milli Məclisdə isə bu mövzu ilə bağlı yekdil qərar hələ yoxdur. Qanunun konkret bəndləri də tam bəlli deyil”.

Ekspertin fikrincə, dəyişiklik müəyyən mənada müsbət nəticələr də verə bilər:

“Artıq 3-4 saat dərs deyən bir müəllim üçün geniş imkanlar yaranacaq. Müəllim məktəbə gəldiyi andan etibarən həmin təhsil müəssisəsi üçün faydalı fəaliyyət göstərə biləcək”.

Ayşən

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
icma.az

1Sources