EN

Filippində hərbi helikopter qəzaya uğradı: ölənlər var

Filippində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub.

"Ölkə.az" xəbər verir ki, bu barədə hərbi strukturlara istinadən "ABS-CBN News" telekanalı məlumat yayıb.

Məlumata görə, qəzaya səbəb "Kalmaegi" qasırğası olub.

"Axtarış-xilasetmÉ™ É™mÉ™liyyatları nÉ™ticÉ™sindÉ™ "Super Huey" helikopterinin (Bell UH-1Y Venom – red.) pilot vÉ™ ekipaj üzvlÉ™rinÉ™ aid olduÄŸu güman edilÉ™n altı cÉ™sÉ™d aÅŸkar edilib", - hÉ™rbçilÉ™r bildirib.

Təyyarə təbii fəlakət zamanı yardım göstərmək üçün ölkənin qasırğadan zərər çəkmiş bölgələrinə gedən dörd helikopterdən ibarət qrupun tərkibində olub. Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır və qəzanın səbəblərini müəyyənləşdirir.

Daha əvvəl qasırğa səbəbindən ən azı 26 nəfərin öldüyü, bir neçə yüz min insanın isə Filippinin mərkəzində evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilirdi.(Report)

Chosen
11
8
olke.az

10Sources