EN

İran həbsdə olan iki Fransa vətəndaşını azad etdi

İran üç ildən çox həbsdə olan iki Fransa vətəndaşını azad edib.  Ajans.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında yazıb. Qeyd edilib ki, bu, oktyabr ayında şərti olaraq azadlığa buraxılan iranlı tələbə ilə mübadilədir.

Makron bildirib: "2022-ci ildən bəri həbsdə olan Sesil Koler və onun partnyoru Jak Paris "Evin həbsxanasından çıxıblar və Tehrandakı Fransa səfirliyinə gedirlər. Bu ilk addımı alqışlayıram. Dialoq onların mümkün qədər tez Fransaya qayıtmasına imkan vermək üçün davam edir."

Chosen
90
Ajans.az

1Sources