ain.az bildirir, Milli.az saytına əsaslanaraq.
Axşam yeməklərinin əvəzolunmaz tərəfi olan plov bəzən artıq qala bilər. İsinəndə əvvəlki dadını itirirsə, onu fərqli və sağlam bir qəlyanaltıya çevirə bilərsiniz. Sadə, qlütensiz və çox dadlı bu resepti siz də sınayın.
Milli.Az plov cipsi üçün lazım olan inqrediyentləri təqdim edir:
Pişmiş və ya artıq qalmış plov
Zeytun yağı
Duz
İstəsəniz, cipsinizə istiot, bibər tozu, sarıkök, ot qarışıqları və digər ədviyyatlar da əlavə edə bilərsiniz. Bu, həm dadı zənginləşdirir, həm də vitamin və mineral baxımından dəyərini artırır.
Əgər kartof soymaq və ya unla işləmək istəmirsinizsə, bu üsul tam sizlikdir!
Artıq plovu blenderə əlavə edin.Üzərinə zeytun yağı və duz əlavə edin. İstəsəniz sevdiyiniz ədviyyatları da qatın.
Blenderdə qarışığı püre halına salın.Hazır olan kütləni sıxma torbasına və ya buzqabı paketinə doldurun.
Soba listinə yağlı kağız sərib, qarışıqdan findıq böyüklüyündə hissələr sıxın.
Üzərinə ikinci bir yağlı kağız qoyun və stəkanın dibi ilə yüngülcə basaraq yastılaşdırın.
Sobanı 180°C-yə qədər qızdırın və sinini yerləşdirin.Bişmə müddəti təxminən 10 dəqiqədir, amma bu, sobadan sobaya dəyişə bilər.Ona görə cipslərin yanmaması üçün daim nəzarət edin.
Lalə Qüdrətova
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.