EN

Putin Yeni Naxçıvan Yeparxiyası nın keşişinə orden verdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin Erməni Apostol Kilsəsinin Rusiya və “Yeni Naxçıvan Yeparxiyası”nın rəhbəri arxiyepiskop Yezrasa (Mkrtiç Nersisyan) Aleksandr Nevski ordenini təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.  Qeyd olunub ki, digər dini konfessiyaların nümayəndələri də mükafatlara layiq görülüblər.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, müfti Ravil Qayunutdin “Rəşadətli əməyə görə” ordeni ilə təltif edilib.

Rusiyanın baş ravvinləri Berl Lazar, rus protestantlarının rəhbəri Sergey Ryaxovski və Rus Pravoslav Köhnə Mömin Kilsəsinin rəhbəri Mitropolit Korniliy “Şərəf” ordeni ilə təltif ediliblər.

Qeyd edək ki, keşişin rəhbəri olduğu “Yeni Naxçıvan yeparxiyası” termini Azərbaycan tərəfindən birmənalı qarşılanmır və zaman-zaman  ictimai etiraza səbəb olub.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
67
globalinfo.az

1Sources