EN

Tramp: Demokratlar səs verməyincə ərzaq yardımı olmayacaq

BAKI, 5 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, azgəlirli ailələr üçün ərzaq yardımı proqramının (SNAP) vəsaitləri yalnız hökumətin fəaliyyətinin qismən dayandırılması vəziyyəti aradan qalxdıqdan sonra ayrılacaq.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial platformasında yazıb.

O qeyd edib ki, ərzaq yardımı üçün maliyyənin ayrılması Senatda hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsinə radikal solçu demokratların səs verməsindən asılıdır.

Prezidentin sözlərinə görə, yalnız bundan sonra hökumət yenidən açılacaq və SNAP proqramı üzrə vəsaitlər vətəndaşlara çatdırılacaq.

Chosen
60
teleqraf.com

1Sources