EN

"Real"da penalti zərbələri ilə bağlı qərar qəbul edilib

Bakı. Trend:

“Real”ın hücumçusu Kilian Mbappe artıq penalti zərbəsini vurmaqhüququnu komanda yoldaşlarına verməyəcək.

Trend xəbər verir ki,noyabrın 1-də Madrid klubu La Liqanın 11-ci turunda “Valensiya”nı4:0 hesabı ilə məğlub edib. Mbappe 19-cu dəqiqədə penaltizərbəsindən hesabı açıb. 42-ci dəqiqədə “kral klubu” hesab 2:0olarkən daha bir penalti qazanıb. Fransalı futbolçu bu dəfə zərbəhüququnu Vinisius Juniora verib, lakin braziliyalı topu qapıdankeçirə bilməyib.

"The Athletic"in məşqçi heyətindəki mənbələrə istinadənyazdığına görə, komandanın əsas penalti icraçısı təyin olunanMbappe bundan sonra bu hüququ başqasına verməyəcək. İstisna hallaryalnız komanda böyük hesabla öndə olduqda mümkündür.

Chosen
24
2
az.trend.az

4Sources