UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu oynanılır.

Offsideplus.az xəbər verir ki, "Liverpul" klubu doğma "Enfild" stadionunda "Real Madrid" klubunu qəbul edib.

Oyunda meydan sahibləri 1 qolla qalib gəldilər. Yeganə qolu 61-ci dəqiqədə Aleksis Mak Allister vurdu.