EN

Fatih Terimin yeni ünvanı bəlli oldu

Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terim haqqında yeni məlumat yayılıb. Jurnalist Candaş Tolga Işık, uzun müddətdir komandası olmayan məşqçinin gələcəyi ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, Işıkın sözlərinə görə, Fatih Terim Çexiyaya gedir və böyük ehtimalla Çexiya millisinin baş məşqçisi vəzifəsini qəbul edəcək. O bildirib:

Çex mətbuatında yer alan xəbərlərdə bildirilir ki, Fatih Terim artıq Çexiya Futbol Federasiyası ilə danışıqlarda irəliləyiş əldə edib. Təcrübəli mütəxəssisin yaxın günlərdə Çexiya yığmasında vəzifəyə başlaması gözlənilir.

Xatırladaq ki, Fatih Terim son olaraq Səudiyyə Ərəbistanında çalışıb. Onun adı bir müddətdir Çexiya millisi ilə hallanırdı və indi bu iddialar rəsmi təsdiq mərhələsinə yaxınlaşır.

Chosen
13
2
musavat.com

3Sources