ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
London, 5 noyabr, AZƏRTAC
İngiltərə məktəblərində şagirdlərə büdcə planlaşdırmaq və ipotekanın necə işlədiyini öyrədəcəklər.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu addım hökumətin milli tədris proqramını müasirləşdirmək istiqamətində atdığı yeni addım kimi qiymətləndirilir.
Şagirdlər, həmçinin saxta xəbərləri və süni intellekt tərəfindən yaradılmış dezinformasiyaları müəyyən etməyi də öyrənəcəklər. Bu, son on ildən artıq müddətdə ilk dəfə keçirilən tədris proqramı islahatının nəticəsidir.
Təhsil naziri Bridcet Fillipson bildirib ki, hökumət proqramı yenidən canlandırmaq, lakin eyni zamanda ingilis dili, riyaziyyat və oxu kimi əsas biliklərə möhkəm təməl saxlamaq niyyətindədir. Məktəb direktorları isə bu təklifləri müdrik və məqsədyönlü adlandırıblar, lakin islahatların uğurla həyata keçirilməsi üçün maliyyə və müəllim resurslarına ehtiyac olduğunu qeyd ediblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.