EN

Mamdani Nyu-Yorkda mer seçkilərində 50%-dən çox səs toplayıb

BAKI, 5 noyabr. TELEQRAF

Nyu-Yorkda keçirilən mer seçkilərində sosialist namizəd Zöhran Mamdani liderliyini qoruyur.

Teleqraf xəbər verir ki, bu barədə "Decision Deskin" portalı məlumat yayıb.

Bildirilir ki, protokolların 25 faizi hesablandıqdan sonra Mamdani 50,3 faiz səs toplayıb və hazırda birinci yerdədir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp, Mamdaninin qalib gələcəyi təqdirdə Nyu-Yorka dövlət dəstəyini məhdudlaşdıracağı ilə hədələyib.

Seçki nəticələrinin yekun açıqlanması yaxın saatlarda gözlənilir.

Chosen
59
19
teleqraf.com

10Sources