EN

ABŞ hökumətinin bağlanması ölkə tarixində ən uzunmüddətli bağlanma olub

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ federal hökumətinin fəaliyyətinin 1 oktyabr gecə yarısı başlayan qismən dayandırılması (şatdaun), ölkə tarixində ən uzunmüddətli bağlanma olub.

APA xəbər verir ki, bu dəfəki bağlanma Donald Trampın (2017–2021) ilk prezidentlik dövründə, 2018–2019-cu illərdə baş vermiş əvvəlki rekordu geridə qoyub.

2018-ci il 22 dekabr gecə yarısı başlayan əvvəlki şatdaun 35-ci gün – 2019-cu il yanvarın 25-də aradan qaldırılmışdı. Həmin vaxt Konqresin hər iki palatasında uğurlu səsvermədən sonra Ağ Ev Trampın müvafiq qanunu ABŞ-ın şərq sahil vaxtı ilə 21:23-də imzaladığını elan etmişdi. O zaman hökumətin fəaliyyəti ümumilikdə 34 gün, 21 saat və 23 dəqiqə dayandırılmışdı.

Mövcud vəziyyətə görə, 4 noyabr saat 20:24-ə qədər federal hökumətin fəaliyyətini bərpa etməyə imkan verəcək maliyyə qanun layihəsi hələ də Konqres tərəfindən razılaşdırılmayıb.

ABŞ-ın 2 noyabrda qış vaxtına keçməsi də nəzərə alınmaqla, hazırkı şatdaun artıq 34 gün, 21 saat və 24 dəqiqə davam edir. Beləliklə, bu, ABŞ tarixində ən uzunmüddətli hökumət “şatdaunu” olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
4
apa.az

5Sources