EN

Hansi Flik Yamalın zədəsi barədə danışıb

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Barselona”nın baş məşqçisi Hans-Dieter Flik Çempionlar Liqasının 4-cü turunda “Brügge” ilə oyundan əvvəl hücumçu Lamin Yamalın qasıq zədəsindən sağalması ilə bağlı şərh verib.

İdman.Biz xəbər verir ki, daha əvvəl zədənin xroniki hala gələ biləcəyi bildirilirdi.

“Laminin milli komandada olub-olmayacağı mənim üçün fərqi yoxdur. Bu, məni narahat etmir. Bizim üçün daha vacib olan odur ki, o, “Elçe”yə qarşı əla oyun keçirdi və məşqlərdə yaxşı oynadı. O, çox yaxşı məşq edir, amma hələ tam sağaldığını deyə bilmərəm, çünki bu proses vaxt aparır. Yamal yaxşıdır və oynaya bilər. Əgər formadadırsa, meydanda olacaq”, - deyə "Mundo Deportivo" Flikdən sitat gətirib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
77
1
icma.az

2Sources