EN

Liverpu Çempionlar Liqası matçında Real Madridi 1 0 hesabı ilə məğlub edib

ain.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.

"Liverpu" Çempionlar Liqası matçında "Real" Madridi 1-0 hesabı ilə məğlub edib

İngiltərənin Liverpul şəhərində Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda . "Liverpul" "Real" Madrid ilə qarşılaşıb.

Matç ev sahibi komandanın 1-0 hesablı qələbəsi ilə başa çatıb. "Qırmızılar" matçın yeganə qolunu cərimə zərbəsindən vurub . 61-ci dəqiqədə Dominik Soboszlai cərimə zərbəsi zamanı topu qapı üzərinə göndərib. Orada Aleksis Makallister başla topu qapıya göndərərək hesabı açıb. Hakim video köməkçi hakimlərlə məsləhətləşdikdən sonra qolu hesaba alıb.

Əlamətdar məqamlardan biri də ikinci hissədə "Real Madrid"in heyətində Trent Aleksandr-Arnoldun meydana çıxması oldu və bu, "Liverpul" azarkeşlərinin etiraz fitləri ilə qarşılandı. Müdafiəçi İspaniya klubuna keçməzdən əvvəl İngiltərə klubunda oynayıb.

"Liverpul" cari turnirdə ardıcıl dördüncü qələbəsini qeyd edir. Bu oyundan sonra "Mersisaydlılar"ın ümumi hesabında doqquz xal var və onlar liqa turnir cədvəlində altıncı yerdədirlər. Eyni doqquz xala malik "Real Madrid" beşinci yerdədir.

Turnirin son qalibi PSJ isə evdə "Bavariya"ya uduzub - 1:2.

Turun digər oyunları belə nəticələnib

"Napoli" (İtaliya) – "Ayntraxt" (Frankfurt, Almaniya) - 0:0

"Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə) - 0:3

Qollar: B.Saka, 32-pen. M.Merino, 46; 68.

"Atletiko" (İspaniya) – "Yunion" (Belçika) - 3:1

Qollar: X.Alvares, 39. Qallaxer, 72. Lyorente, 90+6 – Sayks, 80.

"Budo-Qlimt" (Norveç) – "Monako" (Fransa) - 0:1

Qol: Baloqun, 43.

"Yuventus" (İtaliya) – "Sportinq" (Portuqaliya) - 1:1

Qollar: Vlahoviç, 34 – Arauxo, 12.

"Liverpul" (İngiltərə) – "Real" (İspaniya) - 1:0

Qol: Makallister, 61.

"Olimpiakos" (Yunanıstan) – PSV (Niderland) - 1:1

Qollar: Martins, 17 – Pepi, 90+3.

PSJ (Fransa) – "Bavariya" (Almaniya) - 1:2

Qollar: Neves, 74 – L.Dias, 4; 32.

"Tottenhem" (İngiltərə) – "Kopenhagen" (Danimarka) - 4:0

Qollar: B.Conson, 19. Odober, 51. Van de Ven, 64. Paulinyo, 67.

Bu gün isə turun digər oyunları keçiriləcək.

"Qarabağ" öz meydanında - "Çelsi"ni qəbul edəcək. Oyun yerli vaxtla saat 21:45-də başlayacaq.

5 noyabr

21:45. "Pafos" (Kipr) - "Vilyarreal" (İspaniya)

21:45. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə)

00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə)

00:00. "Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya)

00:00. "Brügge" (Belçika) - "Barselona" (İspaniya)

00:00. "İnter" (İtaliya) - "Kayrat" (Qazaxıstan)

00:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

00:00. "Marsel" (Fransa) - "Atalanta" (İtaliya)

00:00. "Nyukasl" (İngiltərə) - ""Atletik" (İspaniya)

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
1
oxumeni.az

2Sources