Populyar "Telegram" mesencerinin beta versiyasında yeni funksiyanın - hədiyyələrin satışı və alışı üçün hərrac funksiyasının tətbiqi əlamətləri aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat "Kod Durova" "Telegram kanalında yayılıb.
İlkin məlumata görə, istifadəçilərin bir-birinə göndərə biləcəkləri hədiyyələr artıq hərrac formatında həyata keçiriləcək.
Bildirilir ki, onlar əlli ədəddən ibarət lotlar şəklində satışa çıxarılacaq.
İştirakçılar platformanın daxili valyutası olan "Ulduzlar"/"Stars"la mərc edə biləcəklər.
Bizim.Media