EN

Ən qədim şirkətlər... Bəzisi 1000 ildən çoxdur fəaliyyət göstərir

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İndiyə qədər fəaliyyət göstərən dünyanın ən qədim beş şirkətinin adı açıqlanıb. Bəzi ekspertlər bildiriblər ki, müasir dövrlərdə bir çox startapların ömrü beş ildən artıq olmadığı halda, bəzi şirkətlər dözümlülük və böyük güc, iradə nümayiş etdirməklə, əsrlər, hətta minilliklər boyu fəaliyyətini davam etdirirlər. Reyting.az xəbər verir ki, "World Atlas" nəşrinin məlumatına görə, bu cür qədim şirkətlər müharibələrə, həmçinin böyük böhranlara, eyni zamanda, qlobal miqyasda texnoloji dəyişikliklərə davam gətirməklə, bu gün də uğurla işləyirlər.Nəşr həmin şirkətlərin siyahısını təqdim edib:1. Yaponiyanın "Genda Shigyō" şirkəti. 771-ci ildən fəaliyyət göstərən Kyoto şirkəti dini mərasimlər üçün ənənəvi olan kağız məmulatları istehsal edir və 1200 ildir ki, qədim yapon sənət texnikalarını qoruyur.2. "St. Peter Stiftskulinarium" - Avstriya şirkəti. 803-cü ildə Salzburqda qurulmuş bu klassik restoran Avropanın ən qədim restoranıdır və burada tarixi atmosferdə klassik Avstriya mətbəxi təqdim olunur.3. Almaniya şirkəti olan "Staffelter Hof" 862-ci qurulub. Mözel vadisində yerləşən "Staffelter Hof" dünyada ən qədim şərab zavodlarından biridir. Hazırda burada minillik "Riesling", qədim dövr reseptləri əsasında fərqli şərab istehsalı ənənəsi bu gün də davam edir.4. "Tanaka-Iga" adlı Yaponiya şirkəti 885-ci ildən öz fəaliyyətini uğurla davam etdirən bir ailə şirkətidir. Qədim "Tanaka-Iga" buddist ev qurbangahları, yəni Butsudan istehsal edir və indiyədək Yapon ənənəvi sənətini yaşadır.5. Böyük Britaniyanın "The Royal Mint" şirkətinin əsası 886-cı ildə qoyulub.Kral zərbxanası 1100 ildən çoxdur ki, Böyük Britaniya Krallığının əvəzedilməz rəsmi sikkə istehsalçısıdır. Hazırda bu müəssisə kolleksiya sikkələri, həmçinin qızıl sərmayə məhsulları ilə də tanınır.Oqtay QORÇU Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
1
reyting.az

2Sources